Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var

Gəncə şəhərində evdə suqızdırıcı partlayıb.
Şəffaflıq.az-ın  məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
Belə ki, mənzildə köhnəlmiş suqızdırıcı partlayıb. Bu zaman yerli sakin, 1972-ci il təvəllüdlü Sevil Əliyeva yanıq xəsarətləri alıb və o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}