Kolumbiyada etirazlar səngimir: Ölənlərin sayı artdı


 

Kolumbiyanın paytaxt Boqotada etirazçılar Konqresin aşağı və yuxarı palatalarının nümayəndələrinin oturduğu yerli Kapitoliya binasına girməyə çalışıblar.

Şəffaflıq.az bildirir ki, bu barədə senator Maurisio Toro “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, etirazçılar binaya girməyə çalışarkən millət vəkillərinin təhlükəsizlik səbəbi ilə konqres binalarından çıxarılması lazım gəlib.

Boqota Bələdiyyə başçısı Klaudia Lopezə görə, etirazçıların bəziləri Kapitolini əhatə edən hasarı söküblər. Polisin müdaxiləsi ilə onlar geri çəkiliblər.

Klaudia Lopez Konqres üzvlərini gənclərlə dialoqa çağırıb.

Kolumbiya daxilində nümayişlər vergi islahatına cavab olaraq başlayıb və nəticədə Boqota, Kali, Medellin və digər şəhərlərdə qiyamlar baş qaldırıb. 30 apreldə ölkə səlahiyyətliləri islahatın mətnini dəyişdirməyə razı olublar.

Yeddi gün davam edən etirazlar nəticəsində ölənlərin sayı 24-ə çatıb, 900-dən çox insan yaralanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}