Naxçıvanda saxta əskinaslar satan şəxs saxlanılıb

 

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.


Şəffaflıq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}