Bu gün xalq artisti, tarzən Hacı Məmmədovun doğum günüdür

 

Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.

1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olmuşdur. 


H.Məmmədov rus və qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olmuşdur. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir.

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}