Rusiya SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırıla bilər


 

Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası Çexiya ətrafında baş verən son hadisələr, eləcə də Aleksey Navalnının işi ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi, o cümlədən də bu ölkənin SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırılmasının tərəfdarı olduğunu bəyan edib.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu partiya nümayəndəsi AP-nin növbəti plenar iclasının başlanmasından əvvəl Brüsseldə təşkil olunmuş brifinq zamanı söyləyib.

Bildirilib ki, 26-29 aprel tarixlərində Avropa Parlamentinin plenar iclasında deputatlar Rusiya ilə münasibətlərə dair müzakirə aparacaq və yekun qərar qəbul edəcəklər. Çərşənbə günü isə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin parlamentarilər qarşısında çıxışı gözlənilir.

Qeyd edək ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyəti (SWIFT) dünyanın demək olar ki, bütün ölkələrində 11 mindən çox ən böyük maliyyə təşkilatlarının qoşulduğu məlumat ötürülməsi və ödənişlərin aparılması üçün nəzərdə tutulmuş beynəlxalq banklararası sistemdir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}