Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib, aktiv xəstə sayı 30189 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, ötən müddət ərzində isə ümumilikdə 3 178 044 test aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}