Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.


Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir.

Ölkədə son sutka ərzində 14207, hazırkı dövrədək isə 3068679 test aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}