İngiltərədə Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim saxlanıldı

 

İngiltərədə dərs zamanı Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim saxlanılıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən bildirir ki, İngiltərənin Vest Yorkşire bölgəsində yerləşən Batley şəhərindəki bir məktəbdə müəllim dərs zamanı Məhəmməd peyğəmbərin karikaturalarını şagirdlərə göstərib.  Bazar ertəsi günü baş verən hadisə sərt reaksiyalara səbəb olub. Yüzə yaxın valideyn məktəbin qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Bəzi fəallar müəllimin işdən çıxarılmasını tələb ediblər.  

Məktəb direktoru Qari Kibble baş verən hadisənin qəbuledilməz olduğunu deyərək, üzürxahlıq edib. Direktor həmçinin müəllimin də səmimi şəkildə üzr istədiyini və müvəqqəti olaraq, onun işdən uzaqlaşdırıldığını, barəsində istintaq aparıldığı üçün saxlanıldığını deyib:

"Dərhal bu mövzuya reaksiya verdik. Şagirdlərin bütün inancları və dinləri öyrənməsi vacibdir. Ancaq bunu həssaslıqla həyata keçirmək lazımdır", deyə Kibble əlavə edib.

İngiltərə mətbuatının yazdığına görə saxlanılan 29 yaşlı  müəllim barəsində sosial şəbəkələrdə təhdidlər yazılmağa başlayıb. Ölkənin Təhsil Nazirliyinin sözçüsü müəllimlərin təhdid olunmasının əsla yolverilməz olduğunu bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}