Rusiya FHN-in helikopteri qəzaya uğradı, ölən var

 

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri qəzaya uğrayıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, hadisə Kalininqrad bölgəsindəki Kurşsk körfəzi hövzəsində qeydə alınıb.

Rusiya FHN-in yaydığı məlumata görə, təlim uçuşu zamanı baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}