Avstriyada koronavirus testi olmadan mağazalara giriş qadağan edilir

 

Avstriyanın səhiyyə naziri Rudolf Anşober bəyan edib ki, bundan sonra mağazalara girərkən koronavirusa qarşı yeni test nəticələrini təqdim etmək lazım gələcək.  

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, sözügedən qayda aprelin 7-dən qüvvəyə minəcək.

Hazırda ölkədə bu tələb yalnız bəzi xidmət sahələrinə - bərbərxanalara, gözəllik salonlarına şamil olunur.

Qeyd edilir ki, aptek və ərzaq dükanlarına giriş üçün test nəticələri lazım olmayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}