Tokioda fövqəladə vəziyyət ləğv olunub


 

Yaponiya hökuməti “COVID-19” səbəbindən Tokioda tətbiq olunan fövqəladə vəziyyəti ləğv edib.

Şəffaflıq.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Tokio və yaxınlıqda yerləşən Kanaqava, Çiba və Saitama prefekturalarında fövqəladə vəziyyət bazar günü gecə yarısı ləğv olunub. Bununla belə, ölkədə restoranlar və barlar mart ayının sonuna qədər saat 21:00-a qədər fəaliyyət göstərəcək.

“Rəsmilərdən yoluxma artımını öncədən aşkarlamaq üçün qatar stansiyaları daxil olmaqla şəhər ərazilərində PCR test (neqativ koronavirus test nəticəsi - red.) mərkəzləri qurmalarını xahiş edəcəyik. Bu tədbirlərlə xəstələrin sayında sıçrayışın qarşısını almaq üçün çalışacağıq”,- deyə Yaponiyanın səhiyyə naziri Tamura Norihisa bildirib.

O, həmçinin hökumətin bütün gələn səyyahları koronavirusun yeni variantları üçün testlərdən keçməyi məcbur etməyi düşündüyünü qeyd edib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa yoluxma sayının fonunda 7 yanvarda Tokioda bir aylıq fövqəladə vəziyyət elan etmişdi.

Daha sonra isə bu qayda ümumilikdə 11 vilayətə tətbiq olunmuşdu.

“Johns Hopkins Universitetin”in statistikalarına görə, pandemiyanın başlanğıcından bəri Yaponiyada 456, 247 yoluxma halı qeydə alınıb, 8 mindən çox insan xəstəlik səbəbindən vəfat edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}