İsmayıllı rayonunda Polis əməkdaşları Şəhid ailələrini ziyarət ediblər


 

İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Şöbənin əməkdaşları ilk öncə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizi yad etmiş, onların qəbirləri önünə güllər düzüb, dualar oxuyublar.

Daha sonra onlar torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.

Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, ailələrə bayram sovqatları təqdim edilib.

Şəhidlərin ailə üzvləri daimi diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

















Vahid ismayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}