Tanzaniyanın iki həftədir axtarılan prezidenti ölübmüş
Şəffaflıq.az xarici KİV-ə istinadən məlumat verir ki, Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib.
O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib.
Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib.
İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına müalicə üçün gətirilib, ancaq xəstənin adı rəsmi səviyyədə təsdiqlənmədiyi üçün açıqlanmayıb.
Xatırladaq ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını irəli sürən prezident yüksək vəzifəli şəxslərin ard-arda ölməsindən sonra xalqı təlaşa qapılmamağa çağırmışdı.
Koronavirusa qarşı heç bir tədbir almayan, qatıldığı tədbirlərdə maskasız görüntülənən prezident virusa qarşı meyvə yeməyi məsləhət görürdü.
O, xalqa nəfəs almada problem yaşayan zaman üç gün dua etməyi tövsiyə etmişdi.
Facebook-da paylaş