İqtisadiyyat Nazirliyi Vətən müharibəsi iştirakçılarına bayram sovqatı təqdim edib

 

İqtisadiyyat Nazirliyində digər qurumlarda olduğu kimi, Vətən müharibəsində iştirak etmiş əməkdaşlara xüsusi diqqət göstərilir.

Qurumdan verilən məlumatda bildirilir ki, bu istiqamətində növbəti tədbir olaraq, Nazirliyin nümayəndələri Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüşüb, Novruz bayramı münasibətilə sovqat təqdim ediblər.

Nazirliyin nümayəndələri həmçinin, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Sumqayıt Kimya Sənaye Parkının əməkdaşı Asəf Nəsibovun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb, bayram sovqatı təqdim ediblər.

Ümumilikdə, İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak etmiş 131 əməkdaşının ailəsinə Novruz sovqatı verilib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}