Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək

 Bu mövsüm UEFA Çempionlar Liqasının final oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək.
Şəffaflıq.az ESPN-ə istinadən xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.
Həmçinin UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.
Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}