Yer planeti əvvəllər tamamilə su ilə örtülü olub
ABŞ-ın Harvard Universitetinin alimləri planetimizdə həyat yaranmazdan əvvəl Yer kürəsinin demək olar ki, tamamilə okeanla örtülmüş olduğunu, lakin zaman keçdikcə böyük həcmdə suyun mantiya tərəfindən mənimsənildiyini sübut ediblər.
Şəffaflıq.az məlumat verir ki, bu barədə “AGU Advances” jurnalında yayımlanan məqalədə bildirilir.
Elm adamları yerin nüvəsini analiz edərək, Yer səthinin altındakı suyun antik dövrə nisbətən daha yüksək olduğunu tapıblar.
Hipotezi təsdiqləmək üçün elm adamları Yer mantiyasının temperaturdan asılı olaraq suyu udma qabiliyyətini müəyyənləşdiriblər. Mantiyanın həcminin okeanın həcmindən 4,5 dəfə çox olduğu ortaya çıxıb. Bu, suyun əvvəllər planetin bütün səthini əhatə etdiyini göstərir.
Alimlər su ehtiyatlarının yalnız maye səviyyədə saxlanılmadığını qeyd edirlər. Belə ki, su mineralların tərkibinə də (məsələn, vulkanik olivin) daxildir.
Tədqiqatçılar əmindirlər ki, analizin nəticələri yerdən kənar həyat axtarışına öz töfhəsini verəcək.
Facebook-da paylaş