Mütəxəssislərdən XƏBƏRDARLIQ: İki doza peyvənd vurulsa da...

 ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusa qarşı peyvənd olunan insanların sayının artması səbəbiylə maska və sosial əlaqə məhdudiyyətlərində rahatlıq yaranacağını açıqlayıb.
Şəffaflıq.az "Hürriyet"e istinadla xəbər verir ki, türkiyəli professorlar bu məsələyə münasibət bildiriblər.
Elmi Komitə üzvü, professor Kənan Midilli deyib ki, cəmiyyətdə vaksinasiya nisbətinin müəyyən qədər artması və ya kütləvi immunitetin əldə edilməsi cəmiyyətdəki infeksiya dövriyyəsinin böyük ölçüdə qarşısını alacaq.
Onun sözlərinə görə, peyvənd olunsaq da, tamamilə maskasız həyatın mümkün olacağı mərhələyədək maska da daxil olmaqla digər sosial məsafə qaydalarına riayət etməliyik.
Professor Zəfər Qurugöl qeyd edib ki, ikinci doza peyvənd vurduranlar da 14 gün sonra koronaviruslu xəstə ilə qarşılaşdıqda yoluxa bilər.
Həmin şəxs xəstəliyi ağır keçirməsə də, daşıyıcı kimi başqasına yoluxdura bilər. Bu səbəbdən cəmiyyətin 70 faizində kütləvi immunitet formalaşana qədər maska taxmaq lazımdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}