“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!


 

Sumqayıt Texnologiyalar Parkı (STP) “STP Təcrübə Proqramı - 2021” ödənişli təcrübə proqramına start verir.

STP-nin əsas strateji hədəflərindən biri sənaye sektorunda kadr potensialının artırılması, peşəkar mütəxəssisləri yetişdirməklə qeyri-neft sektorunun əmək bazarına öz töhfəsini verməkdir.

Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində gənclər Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı olan sənaye müəssisəsində yerli və xarici peşəkarlarla birgə təcrübə keçmək və çalışmaq imkanını əldə edəcəklər.

Təcrübə proqramı STP, onun Biznes Vahidləri və Birgə müəssisələrində 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir.

Müraciət edən namizədlər əvvəlcədən elan olunmuş meyarlar əsasında seçiləcək. 6 aylıq təcrübə müddətində xüsusi fərqlənmə göstərən iştirakçılar STP-nin tərəfdaşları olan Türkiyənin iri sənaye müəssisələrində təcrübə qazanmaq şansını əldə edəcəklər.

Sumqayıt Texnologiyalar Parkı təcrübə proqramına aktiv, məsuliyyətli və nəticəyönümlü, yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli, komandada işləmə bacarığına malik gəncləri toplamaq niyyətindədir.

Xatırladaq ki, hazırda Texnoparkın mövcud əməkdaşlarının 5%-i STP-nin təcrübə proqramlarının uğurlu məzunlarıdır. Belə ki, savadı, bacarığı və işləmək həvəsi yüksək olan,  müəssisəmizə faydalı ola biləcək hər kəsin STP-də çalışmaq imkanı mövcuddur.

 “STP Təcrübə Proqramı - 2021” layihəsində iştirak etmək istəyən namizədlər müraciət qaydaları, təcrübə üçün mövcud tələblər barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərlər.

STP Təcrübə Proqramı – 2021:

LinkedIn – https://www.linkedin.com/showcase/stp-intership

H.Z.Tağıyev AZ5022, Sumqayıt


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}