İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu

 

İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.


Şəffaflıq.az xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir. İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.

Məhdudiyyətlər qoyulan ölkələr: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}