Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin “Dünyanın danışdığı dil!” layihəsi icrasını başa çatdırdı

 Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya müsabiqəsində qalib olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin “Dünyanın danışdığı dil!” layihəsi icrasını başa çatdırdı.
Məktəbin direktoru, layihə rəhbəri Gülnür Babaşovanın Şəffaflıq.az-a verdiyi məlumata görə, layihənin icrasına 15.10.2020-ci ildə başlanılıb. Peşəkarlardan formalaşan komandaya regionun müxtəlif bölgələrində çalışan ingilis dili müəllimləri cəlb olunub.
Onlar arasında “Modern English Lesson”müsabiqəsi keçirilib və təlimlər təşkil olunub. Bu çərçivədə Türkiyənin Balıkesir Bandırma şəhərinin Yavuz Sultan Süleyman məktəbinin peşəkar təlimçisi və baş müəllimi Sevda Erginin, Türkiyənin Eyuder dərnəyinin vasitəsi ilə ABŞ-ın Florida ştatının professoru Olcay Yavuzun, Azərbaycan Dillər Universitetinin  “Təhsildə İnnovasiya” kafedrasının baş müəllimi Zarema İbrahimovanın müəllimlər üçün onlayn təlimləri, vebinarları təşkil olunub.  
Növbəti mərhələdə ADU-nun müllimi Səyyarə Əliyevanın rəhbərliyi ilə müdavim müəllimlərlə üç onlayn müsahibə aparılıb.

13.02.2021-ci ildə layihə yekun onlayn tədbirini keçirib. Tədbirdə layihənin gerçəkləşməsində iştirak edən bütün mütəxəssislər iştirak ediblər.Təlimə cəlb olunan müdavimlərə sertifikatlar verilib.

Layihə rəhbəri G.Babaşova bildirib ki, layihədə iştirak edən müəllimlərlə bağlı müəyyən planlar var: onlar layihnin davamlılığı çərçivəsində müxtəlif təlimlərə dəvətlər alacaqlar.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}