Saleh Məmmədov: “Qubadan Şamaxıya yol layihəsi nəzərdə tutulmayıb”

 

Qubadan Şamaxıya yol layihəsi nəzərdə tutulmayıb.

Şəffaflıq.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib.

O bildirib ki, bu fikir nə vaxtsa ictimaiyyətdə sadəcə səsləndirilib, lakin relyef araşdırılmayıb:

“Bu, layihə yox, təşəbbüs olub. Araşdırılıb və müəyyən edilib ki, Qubadan Şamaxıya yol çəkilməsi hələlik əhəmiyyətli deyil.

Bölgələrə birbaşa yol çəkmək mümkün deyil. Gərək həmin bölgələr, turizm inkişaf etsin və digər sahələr nəticəsində əldə olunan gəlirlər bu ərazilər arasındakı yolun çəkilməsinə şərait yaratsın. Hələ ki, bu işlər dondurulur. İqtisadi cəhətdən mümkün olan zaman bu istiqamətdə işlər görüləcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}