FHN yoxlama apardı: Müəssisənin fəaliyyəti dayandırıldı

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-dən verilən məlumata görə, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən polietilen paket istehsalı müəssisəsinin rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}