Yer kürəsində həyati önəm daşıyan ehtiyat qurtarır-bəşəriyyəti aclıq gözləyir


 

Yaxın gələcəkdə bəşəriyyət fosfor çatışmazlığı və beləliklə onun gətirəcəyi təhlükəli fəsadlarla üzləşə bilər.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Planet-today” saytında yazı dərc olunub.

Saytın informasiyasına əsasən, Böyük Britaniya və Danimarka alimləri mineral gübrələrin istehsalı üçün ən vacib element sayılan bu maddənin yoxa çıxması nəticəsində Yer kürəsinin aclıqla üzləşəcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd etmək lazımdır ki, fosfor kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunur. Ekspertlər belə bir əhəmiyyətli maddənin tükənməsində əsas səbəb olaraq onun qeyri-rasional istifadəsini, habelə mineral gübrələrin Dünya okeanına axıdılmasını göstərirlər.

Son 50 ildə kənd təsərrüfatında fosforlu gübrələrin istifadəsi 50 dəfə artıb. Yaşadığımız əsrin birinci yarısına qədər həmin rəqəmin ikiqata çıxması gözlənilir. Əgər bu gedişatla belə bir qiymətli materialın vəhşicəsinə istismarı dayanmasa onun ehtiyatları sürətlə tükənəcək. Hesablamalara görə hələ normal istehlak halında belə planetimizdəki fosfor ehtiyatı sadəcə 80 ilə qədər çatır.

Alimlərin sözlərinə görə gələcəkdə “fosfor böhranı”nın yaranmaması üçün onun hələ mövcud olduğu zamanda tədbir görmək lazımdır. Bunun üçün fosforun ən azı on dəfə təkrar istifadə olunması üzərində elmi tədqiqatların aparılması zərurətə çevrilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}