200 min bina dağılacaq, 3 milyon insan evsiz qalacaq - DƏHŞƏTLİ PROQNOZ

 

İstanbulda ehtimal olunan güclü zəlzələ nəticəsində 200 min bina orta və ağır dərəcədə zərər görəcək.

Şəffaflıq.az Publika.az-a istinadən xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsi Baş katibinin müavini Mahir Polat deyib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Zəlzələlərə Qarşı Tədbirləri Araşdırma Komitəsi, İstanbul Böyükşəhər Bələdiyyəsi, həmçinin Esenler və Avcılar Bələdiyyəsinin zəlzələlərlə mübarizə çərçivəsində gördüyü işləri, hazırladığı layihələri və təklifləri dinləyib. İclasda çıxış edən Mahir Polat 200 min binanın zərər görməsinin 3 milyon insanın evsiz qalması demək olduğunu bildirib.

O, sürətli analiz sistemi ilə Avcılar bölgəsində aparılan araşdırmalar sayəsində daha əvvəl təsbit edilən riskli bina sayının 4 dəfə artdığını dilə gətirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}