Nazirlik tikinti şirkətlərini TƏNQİD ETDİ


 

“Şəhərin hər hansı bir nöqtəsində, xüsusi ilə gecə vaxtı ağacların kimlər tərəfindən kəsilməsini müəyyən etmək mümkün deyil”.

Şəffaflıq.az Modern.az-a istinadən məlumat verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bir çox hallarda iri tikinti şirkətləri yeni çoxmərtəbəli binaların tikintisi üçün milyonlarla vəsait xərcləyir:
“Amma adi razılaşmadan qaçırlar, aidiyyəti qurumlara müraciət etmirlər”.

“Köhnə binaların sökülüb, yerində yeni binaların tikilməsi vacibdir. Ərazilərdə yaşıllığın köçürülməsi üçün rəy olmalıdır. İri tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər.

Şirkətlər vaxtında yaşıllığın köçürülməsi üçün rəy almalıdırlar”, - deyə H.Əlizadə qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}