ABŞ-da COVID-19-dan ölənlərin sayı 455 mini ötüb


 

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 119 931 yoluxma halı qeydə alınıb, 4941 nəfər vəfat edib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 26,6 milyondan çox yoluxma qeydə alınıb.

ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 455 mindən çoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}