OPEK+ monitorinq komitəsinin iclası tövsiyəsiz başa çatıb

 

OPEK+ nazirlərinin monitorinq komitəsinin bugünkü iclası mart ayı üçün neft hasilatı həcminə dair hər hansı bir tövsiyə olmadan başa çatıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS OPEK-dəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, nazirlər neft bazarındakı cari vəziyyətlə bağlı OPEK katibliyinin hesabatını müzakirə edib və hasilat kvotası üzrə tövsiyələri aşan ölkələri izafi neft hasilatını kompensasiya etməyə çağırıblar.

Bir saatdan artıq davam edən görüşdə mart ayı üzrə neft hasilatı kvotası ilə bağlı heç bir tövsiyə xarakterli qərar qəbul olunmasa da, martın 3-də monitorinq komitəsinin, martın 4-də isə artıq nazirlərin görüşünün keçiriləcəyi dəqiqləşdirilib.

Məhz sonuncu tədbir zamanı aprel üzrə hasilat barədə qərarın qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, OPEK+ nazirlərinin monitorinq komitəsinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Rusiya və Səudiyyə Ərəbistanının başçılıq etdiyi komitənin əsas funksiyası razılaşmaya əməl olunmasına nəzarət etməkdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}