İtaliyada həkim iki koronaviruslu xəstəni öldürdüyü deyilir- xəstəxanada boş çarpayı əldə etmək üçün


 

İtaliyada iki koronaviruslu xəstəsini öldürməkdə günahlandırılan həkim həbs olunub. Xəstəxanada çarpayıları boşaltmaq üçün xəstələrini öldürdüyü deyilən həkim bu ittihamları rədd edib. Buna baxmayaraq, işindən uzaqlaşdırılan həkim bu günlərdə hakim qarşısına çıxarılacaq.

Şəffaflıq.az xarici mediaya istinadən bildirir ki, 47 yaşlı həkim Karlo Moska İtaliyanın Lombardiya bölgəsində yerləşən xəstəxanada işləyirdi. Ötən ilin fevral ayında İtaliyada koronavirusun ilk dalğası başlayanda virusdan ən çox əziyyət çəkən bölgələrdən biri də Lombardiya idi. Artıq mart ayında xəstəxanalarda yer tapılmır, vəziyyət kritik həddə çatmışdı.

Həmin vaxtlar həkim Moska koronavirusdan xəstələnən 80 yaşlı Ancelo Paletti və 61 yaşlı Natale Bassinin müalicəsi ilə məşğul olurdu. Həmin xəstələr xəstəxanaya yerləşdirildikdən az sonra dünyasını dəyişmişdi.

Adı çəkilən xəstələrin ölümü ilk olaraq xəstəxanadakı tibb bacılarını şübhələndirmişdi. Tibb bacıları müşahidə edib ki, həkim adətən xəstələri oksigen cihazına bağlamadan öncə istifadə olunan anesteziya dərmanlarından istifadə edib, üstəlik, bu dərmanlar həmin xəstələrin dərman protokolunda qeyd olunmayıb.

Araşdırma zamanı xəstəxanadakı tibb bacılarının “Whatsapp” yazışmaları da üzə çıxıb. Bir tibb bacısı digərinə “Sırf çarpayıları boşaltmaq üçün xəstələri öldürə bilmərəm” yazıb.

Müttəhimin ev dustaqlığında tutulmasında dair hökm verən hakim Ancela Korvi həkim Moskanın öz xəstələrini əzabla öldürdüyünü deyib: “Həmin dərmanlar xəstənin əzələlərini iflic etsə də, şüuruna təsir etmir. Yəni, həkim xəstələrin ağrılı şəkildə boğularaq, ölməsinə səbəb olub”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}