İngiltərə Premyer Liqasında tarixi yenilik




 

İngiltərə Premyer Liqası yeniliyə hazırlaşır.

Şəffaflıq.az "The Altetic" nəşrinə istinadən xəbər verir ki, çempionatın 23-cü turundan, yəni fevralın 6-dan futbolçuların birinin beyin silkələnməsindən şübhə yaranacağı təqdirdə, əlavə əvəzetməyə icazə veriləcək. Bununla da İngiltərə Premyer Liqası dünyanın bu yeniliyi tətbiq edən ilk liqası olacaq.

Yenilik Premyer Liqanın səhmdarlarının iclasında təsdiqlənib. Son qərarı isə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) İdarə Heyəti verəcək.

Oyun zamanı həkimlər oyunçuya beyin silkələnməsi şübhəsi ilə diaqnoz qoyacaqları təqdirdə əvəzetmə imkanı bitən komanda daha bir oyunçunu dəyişdirə biləcək. Belə olan halda rəqib komandaya da eyni imkan yaradılacaq.

Yeni qaydanın İngiltərə kubokunun 5-ci turundan qüvvəyə minəcəyi də qeyd olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}