Britaniyada bir gündə 1725 nəfər COVID-19-un qurbanına çevrilib

 

Böyük Britaniyada son sutka ərzində 1725 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 101 887 nəfərə çatıb.


Şəffaflıq.az məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 25 308 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 715 054 nəfərdir.

Qeyd edək ki, Britaniyada hazırda 7 164 387 nəfər koronavirus əleyhinə peyvəndin ilkin dozasını, 474 156 nəfər isə hər iki dozasını qəbul edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}