Bayden ABŞ-a giriş şərtlərini sərtləşdirdi

 

ABŞ Prezidenti vəzifəsində ilk iş həftəsində Co Baydenin imzaladığı sərəncamlar arasında Birləşmiş Ştatlara gəlməyə hazırlaşan bütün şəxslərdən uçuşdan əvvəl COVID-19 xəstəliyinə dair testdən keçmələri, ABŞ-a çatdıqda isə 10 günlük karantində olmalarının tələb olunduğu sərəncam da yer alıb.


Şəffaflıq.az yerli KİV-ə istinadən bildirir ki, bu sərəncam yanvarın 26-dan qüvvəyə minəcək. Bayden vaksinləmə və testləşdirmənin miqyasının genişləndirilməsi, məktəb və müəssisələrin yenidən fəaliyyət göstərməsi barədə planları da bəyan edib.

Koronavirus pandemiyasına qarşı mübarizə üzrə yeni planlara aşağıdakılar aiddir: ölkəyə gələn hər kəs üçün testdən keçmək və məcburi karantin; ictimai nəqliyyatda, dövlətlərarası nəqliyyatda və turizm mərkəzlərində mütləq şəkildə maska taxılması; 


COVID-19 əleyhinə vaksinlərin apteklər vasitəsilə yayılması proqramının tətbiqi; Müdafiə sənayesi barədə Qanundan vaksinlərin və qoruyucu vasitələrin tədarükünün artırılması üçün istifadə; Fövqəladə hallar üzrə federal agentlik vasitəsilə ictimai vaksinləmə mərkəzlərinin yaradılması; Baydenin prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksinləmənin həyata keçirilməsi; 

məktəblərin, kolleclərin və uşaq müəssisələrinin təhlükəsiz şəkildə fəaliyyətlərini bərpa etmələri üzrə təlimatın işlənib hazırlanması; pandemiya barədə məlumat toplanması işinin yaxşılaşdırılması; işçilər üçün daha ciddi təhlükəsizlik qaydalarının təminatı; testləşdirilmənin artırılmasına nəzarət üzrə yeni təşkilatın yaradılması; yoluxmaların sayının daha yüksək səviyyəsinin müşahidə olunduğu icma azlıqlarına vəsaitin yönəldilməsi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}