ABŞ-da 120-dən çox insan iğtişaşlara görə ittiham olunur


 



ABŞ-da 120-dən çox sakinə qarşı Vaşinqtonda iğtişaşlar təşkil etmək və yanvarın 6-da Kapitoli binasını ələ keçirmək üzrə ittiham irəli sürülüb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat verib.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi bu barədə Prezident Cozef Baydenin administrasiyasına məlumat verib.

İttihamların xarakteri ABŞ Konqresinin binasına qanunsuz girişdən tutmuş polis əməkdaşına qarşı hücumlara qədər dəyişir.


Teleşirkətdən qeyd olunub ki, bəzi müttəhimlər daha ciddi məsələlər - sui-qəsd təşkil etmək və zorakı hərəkətlər etmək təhdidləri ilə ittiham olunurlar. Ədliyyə Nazirliyinin səlahiyyətliləri yeni administrasiyaya şübhəlilərin “ümummilli axtarış”ının davam edəcəyi barədə bilgi verib.

Bu səylər çərçivəsində Federal Təhqiqat Bürosu və Alkoqol, Tütün Məhsulları, Odlu Silahlar və Partlayıcı Maddələrin Dövriyyəsinə Nəzarət Bürosu yanvarın 6-da Kapitoli yaxınlığında tapılmış əldəqayırmış bombalar haqqında məlumat verənlərə ödəniləcək məbləği 75 min dollara qədər artırıb.

CNN mükafat miqdarının artırılmasının hüquq-mühafizə orqanlarının hələ də partlayıcı qurğular düzəldərək Vaşinqtona gətirən cinayətkarların izinə düşə bilmədiyini göstərdiyini söyləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}