ABŞ-ın yeni prezidenti Meksika ilə divarın inşasını dayandırdı

 

ABŞ-ın yeni prezidenti Co Bayden Meksika ilə sərhəddə inşa edilən mühafizə divarının tikintisini dayandıran fərman imzalayıb.

Şəffaflıq.az məlumat verir ki, Bayden Meksika ilə sərhəddə tətbiq edilən fövqəladə vəziyyət rejimi dayandırıb.

Xatırladaq ki, ABŞ ilə Meksika sərhədində iki il əvvəl tətbiq edilmiş və ötən il uzadılmış fövqəladə vəziyyət rejiminin müddəti daha bir il də uzadılıb.

Sözügedən addımın başlıca səbəbi Meksika sərhədində mühafizə divarının inşası üçün Konqresdən rəy almadan vəsait əldə etmək zərurətidir.

Bu məqsəd üçün 2019-cu ildə keçmiş prezident Donald Tramp 8 milyard dollarlıq vəsait cəlb edə bilmişdi. Ötən ilin dekabr ayında isə "The Washington Post" tərəfindən dərc olunan xəbərdə yeni administrasiya bu plandan imtina edərsə, dövlət büdcəsinin 2,6 milyard dollar qənaət edəcəyi bildirilib.

Nəticədə fərmanla vəsaitin ayrılması mümkün olmayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}