Qulaqda küy ciddi xəstəliyin əlaməti ola bilər

 

Qulaqlarda mütəmadi küy orqanizmdə ciddi problemin olmasının göstəricisi hesab edilə bilər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Express” amerikalı tədqiqatçıların məlumatlarına istinad edərək yazıb.

Alimlər müəyyən edib ki, bədəndə “B12” vitaminin çatışmazlığı qulaqlarda mütəmadi küy yaradır. Bu vitamin - Kobalamin deyilən suda həll olunan bir vitamindir. “B12” yalnız sinir sisteminin fəaliyyətini yaxşılaşdırmır, eyni zamanda qırmızı qan hüceyrələri və DNT istehsalında iştirak edir.

Mütəxəssislərin fikrincə, “B12” sinirləri əhatə edən qoruyucu və izolyasiya edən örtük olan mielin istehsalı üçün də lazımdır. Vitamin çatışmazlığı sinirlər arasındakı əlaqənin pozulmasına səbəb olur. Nəticədə qulaqlarda tinnitus yaranır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}