Fransada koronavirusa yoluxanların sayı 2,8 milyon nəfəri ötüb

 

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 19 752 nəfər yoluxub.

Şəffaflıq.az "Sinxua"ya istinadən məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 806 590 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 742 nəfər ölüb, ölənlərin ümumi sayı 68 802 nəfər təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}