Portuqaliya Prezidenti koronavirusa yoluxdu

 

Portuqaliya Prezidenti Marselu Rebelu di Souza koronavirusa yoluxub.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilib.

Portuqaliyalı liderdə koronavirus simptomlarının olmadığı qeyd olunur.

Yaxın vaxtlarda Prezidentin iştirakı ilə nəzərdə tutulan tədbirlər ləğv edilib.

Respublikanın Baş Səhiyyə İdarəsinin məlumatına əsasən, Portuqaliyada 489 mindən çox insan koronavirusa yoluxub, 7 925 nəfər bu virusun qurbanı olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}