Əfqanıstan ordusunun 7 hərbçisi öldürülüb

 

“Taliban” radikal hərəkatı ilə əlaqəsi olan əsgər Əfqanıstan ordusunun 7 hərbçisini öldürüb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hadisəni törətdikdən sonra öz postunu tərk edib. Hərbçilər zəhərlənərək güllələnib.

İnsidenti törədən şəxs silah və döyüş sursatı müsadirə edərək gizlənə bilib.

“Taliban” hərbçilərin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.

Hadisə Qəzni vilayətində baş verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}