ABŞ səmasında nəhəng UNO göründü

 

ABŞ-ın Havay ştatının səmasında nəhəng uçan naməlum obyekt (UNO) görünüb.

Şəffaflıq.az REN TV-yə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilib ki, mavi rəngdə işıq saçan UNO Oaxu adası üzərində görünüb və kifayət qədər böyük olub.

Şahidlərin sözlərinə görə, uçan naməlum obyekt işıq sürəti ilə adanın üzərində hərəkət edib və daha sonra okeana düşüb.

Yerli sakinlər obyekti izləməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}