ÜST iki peyvəndin təcili vurulmasına icazə verdi – Faydaları zərərindən daha çoxdur...

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer və “BioNTech” şirkətlərinin istehsalı olan peyvəndlərin təcili vurulmasına icazəsi verib. 

Təşkilat hesab edir ki, preparat lazımi təhlükəsizlik və effektivlik meyarlarına cavab verir. ÜST bildirir ki, istifadənin faydaları potensial risklərdən çoxdur.

ÜST epidemiya ilə mübarizə aparmaq üçün zəruri olan dərmanlara təcili icazə verir, testin nəticələri ilə bağlı məlumatlar hələ ki, əl çatan deyil.

Bundan sonra dünya ölkələri daxili lisenziyalaşdırma proseslərini sürətləndirə bilərlər və BMT ehtiyacı olan ölkələr üçün peyvənd almağa başlaya bilər.


Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələrində COVİD-19-a qarşı “Pfizer/BioNTech” peyvəndləri istifadə edilir. Rusiyada yerli “Sputnik V” dərmanı ilə peyvəndlənmə aparılır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}