Fransada Yeni il gecəsi maşınlara od vurulub

 

Fransanın Strasburq şəhərində asayişi pozan bir qrup şəxs Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.

Şəffaflıq.az bildirir ki,“Figaro” qəzeti bu barədə məlumat verib.

Bildirilib ki, “Twitter”də yayılan kadrlarda küçədə bir neçə yanan maşın əks olunub.

Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardların partlayış səsləri eşidilib.

Nəticədə, bir neçə nəfər saxlanılıb. 




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}