İsmayıllıda rayon rəhbərliyi şəhid ailələri ilə görüşlər keçirib.

 

Şəhid ailələri və qazilər ziyarət olunub
İsmayıllıda rayon rəhbərliyi Vətən Müharibəsi şəhidlərinin ailələrini və qaziləri “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” evlərində ziyarət edib. Görüşdə RİH-nin başçısı, başçının müavinləri, icra hakimiyyətinin əməkdaşları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi iştirak edib. 

Ailələrə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib. Həmçinin, internetə çıxışı olmayanların məktəbli övladlarının təhsillərini daha səmərəli davam etdirmələri üçün “Azercell Telekom” MMC ilə birgə əməkdaşlıq çərçivəsində onlara sürətli internetlə təchiz olunmuş Mi-Fi modem təqdim olunub. 
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərilib, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsası vəzifəmizdir. Eyni zamanda Vətən Müharibəsində sağlağını itirmiş qazilərimiz də hər zaman diqqətimizdə olacaqdır.
Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}