Şəhidlərimiz unudulmur...

 

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Mərkəzin əməkdaşı Badam İsayeva, İctimai Nəzarət Koalisıyasının Şamaxı rayon təşkilatının sədri Nuranə Məmmədova və təşkilatın əməkdaşı Əfqan Məmmədov Vətən müharibəsində şəhid olmuş 4 igid və qəhrəmanın - şəhidlər mayor Asif Azayevin, kapitan Niyət Şıxalıyevin, leytenant Orxan Nəbiyevin və gizir Nadir Soltanovun ailəsində qonaq oldular.

Şəhidlərimizin doğmaları ilə xatirələrini bölüşdülər, az da olsa onların dərdinə şərik oldular. Bu şəhidlər haqqında qısa danışmaq olmaz. Onların mərdliyini, şücaətini, vətənə, torpağa olan sevgisini dinlədikcə fəxr edirsən ki, Azərbaycanımızın belə igid oğulları var. O oğullar ki, körpə balalarını, ata-analarını, ailələrini yox məhz vətənlərini seçib uğrunda şəhid oldular! O oğullar ki, bu gün bizə qələbə sevincini yaşatdılar! O oğullar ki, qanlarıyla tarix yazdılar!


Hər birinin ruhu qarşısında baş əyirik!

     
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Allah rəhmət eləsin!


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}