Deyilənə görə Putin Rusiyada sosial şəbəkələri bağlamağa hazırlaşır

 

Rusiyada internet məkanına senzura gəlir. Qonşu ölkə prezidenti Vladimir Putin sosial şəbəkələri bağlamaq qərarı verib.


Şəffaflıq.az xəbər verir ki, Rusiya dövlət başçısı “YouTube”, “Facebook” və “Twitter”in ölkə hüdudları çərçivəsində fəaliyyətinin qarşısını almağa hazırlaşır. Putin sosial şəbəkələri bağlamağa imkan verən qanun layihəsini imzalayıb.

Qanun “insan hüquq və azadlıqlarının Rusiya Federasiyası vətəndaşlarının hüquq və azadlıqlarının mənbəyinin sahibi” statusunu daşıyır.
Bununla da “Roskomnadzor” “YouTube”, “Facebook” və “Twitter”ə girişi ölkə hüdudları daxilində qismən və ya tamamilə məhdudlaşdıra biləcək.

Sənədi Dövlət Dumasına noyabrın 19-da senator Aleksey Puşkovla yanaşı, bir qrup deputat təqdim etmişdi.

Rusiyada indiyə qədər yalnız “Linkedin”in bağlanması müşahidə edilmişdi. Mütəxəssislər gələcəkdə “YouTube”, “Facebook” və “Twitter”lə yanaşı, başqa sosial şəbəkələrə də növbə çatacağını proqnozlaşdırır.

Adı çəkilən platformalara Çində, Şimali Koreyada, Türkmənistanda, İranda giriş mümkün deyil. Yalnız İranda insanlar alternativ yollardan istifadə edir. Türkiyədə, Misirdə, Vyetnamda zamanla məhdudlaşdırma görünür. Səudiyyə Ərəbistanında “YouTube” və “Facebook”a əngəl yaradılır. Tacikistan və Pakistanda hökumətin “Facebook”a münasibəti isti deyil.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}