Çili Prezidenti ictimai yerdə maska taxmadığına görə cərimələnib

 

Çili Prezidenti Sebastyan Pinera ictimai yerdə maska rejimini pozduğuna görə 2,5 milyon peso (3,5 min dollar) cərimə ödəməli olacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Valparaiso regionunun Səhiyyə Nazirliyi özünün “Twitter” səhifəsində yazıb. Qeyd olunub ki, qaydanı pozduğunu dövlət başçısı özü bildirib.

Bundan əvvəl sosial şəbəkədə Çili Prezidentinin çimərlikdə tanımadığı qızla maskasız şelfi çəkdirməsini əks etdirən kadrların yayılması ölkədə böyük rezonans doğurmuşdu.

Con Hopkins Universitetinin məlumatına görə, Çilidə koronavirusa 581 min 135 yoluxma halı qeydə alınıb, 16 min 51 xəstə həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}