Azərbaycanda partiya sədri koronavirusdan vəfat edib

 

Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

M.Səfərli 62 yaşında koronavirusdan vəfat edib.

Qeyd edək ki, M.Səfərli 1958-ci ildə anadan olub. O, Milli Məclisin II çağırış (2000-2005) deputatı olub. 1993-cü ildən isə Azərbaycan Yurddaş Partiyasının sədri idi.

Allah rəhmət eləsin!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}