Almaniyada sellofan torbalar qadağan ediləcək
Almaniyada 2022-ci ildən etibarən birdəfəlik istifadə olunan plastik sellafon torbaların istifadəsi qadağan olunacaq.
Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, həmin ilin yanvar ayından başlayaraq marketlərdə sellofan torbalardan istifadə edilməyəcək. Yalnız meyvə-tərəvəz şöbələrində nazik sellofanlardan istifadə olunacaq.
Plastik vasitələrin alternativi kimi, yuyulub istifadə edilə bilən parça paketlərdən, alış-veriş səbətlərindən istifadə olunacağı bildirilir.
Xəbəri paylaş
Facebook-da paylaş