“Həm İrəvanın, həm də Bakının maraqlarını nəzərə alaraq Qarabağdakı vəziyyətin həlli üçün ilkin şərtlər yaradılır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Təsirə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal dinc həyat üçün şərait yaradacaq Rusiya Humanitar Yardım Mərkəzi də işə başlayır.
Bu səylərdə ixtisaslaşmış beynəlxalq təşkilatların əhəmiyyətli dərəcədə iştirakına ümid bəsləyirik. Bütün bunların uzun müddətdir davam edən münaqişənin ədalətli əsasda – Azərbaycan və erməni xalqlarının mənafeləri naminə uzunmüddətli və geniş miqyaslı həlli üçün ilkin şərtlər yaratmaq prinsipindən çıxış edirik”, - Putin qeyd edib.
Facebook-da paylaş