Günün qoroskopu: 22 noyabr
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - günün ilk yarısı əlverişlidir. İşlərdə böyük uğurlar əldə edə bilərsiniz. İşgüzar danışıqlarda mövqelərinizi qoruyun. Tərəfdaşlar və nüfuzlu insanlar ilk əvvəl sizinlə razılaşmasalar da, sonradan mövqeyinizi qəbul edəcəklər.
Buğa - yaradıcılıq potensialınız yüksəkdir. Bilik və bacarıqlarınızı nümayiş etmək imkanlarını əldən verməyin. Günün ikinci yarısı yaxşı başlamasa da, problemlər vəd etmir.
Əkizlər - tələsməyin, hövsələsizlik etməyin. Ən kiçik, ilk baxışdan önəmsiz məsələlərdə diqqətli olun. Heç nəyi diqqətdən qaçırmayın.
Xərçəng - mürəkkəb, qarışıq gündür. Yaşanacaq olaylar sizə dərs ola bilər. Biznes layihənin reallaşdırılması üçün əlverişli gündür. Yeni planlar qurmaq, yaranmış situasiyanı dəqiq dəyərləndirmək, rəqiblərin səhvlərindən yararlanmaq zamanıdır.
Şir - imkanlarınız və qüvvənizdən artıq işlər görməyə çalışmayın. İllüziyalara qapılmayın, fantaziyaların qurbanı olmayın.
Qız - peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli ciddi səylər tələb edir. Şəxsi problemlər arxa plana keçir. Yaxınlarınız sizdən incimir, çünki işinizin öəmli olduğunu anlamırlar. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Tərəzi - asan və uğurlar vəd edən gündür. Başladığınız hər işdə sürətlə nəticəyə nail olmaq, uğur əldə etmək şanslarınız var. Yeni tanışlıqlar peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də düşərli ola bilər.
Əqrəb - çətin vəziyyətə düşən insanlara yardım edin. Dəvət aldığınız yerə qatılın. Günün ikinci yarısı romantik görüş və ya çoxdan bəri rəğbətinizi qazanmağa çalışdığınız insanla bir araya gəlmək üçün əlverişlidir.
Oxatan - hüquqi məsələni həll edin, sənədləşdirmədə iştirak edin. Viza və icazə almaq olar. Biznes-planı müzakirə edin, yeni hədəf və məqsədləri müəyyənləşdirin.
Oğlaq - işgüzar əməkdaşlıq və mürəkkəb layihələr üzərində birgə fəaliyyət üçün əlverişli zaman deyil. Ümumiyyətlə, mühüm saydığınız işləri müstəqil şəkildə, təkbaşına görün. Diqqəti işə yönəldin, izahatlara çox vaxt sərf etməyin.
Dolça - planlaşdırılmamış alışlar məsləhət deyil. Xərcləri azaldın. Günün ikinci yarısında ailədəki problemi həll edin. Son vaxtlar yaxınlarınızı narahat edən suallara cavablar tapın.
Balıqlar - günün ilk yarısı uğursuz olacaq. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsir gücü artacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Günün ikinci yarısında cari işlərə yaradıcı yanaşmanı, problemlərin həllində lider məziyyətlərinizi nümayiş etdirin.Milli.Az
Facebook-da paylaş