Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri və baş katibi Prezident İlham Əliyevə məktub göndərib

Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri və baş katibindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!
Müsəlman Alimləri Beynəlxalq Birliyi böyük qələbə xəbərini - Qarabağın Ana Vətənin qoynuna, əsl sahibinə qayıtması xəbərini böyük xoşbəxtlik və məmnunluq hissi ilə almışdır. Biz bu xoş hadisə münasibətilə Sizi öz adımızdan, eləcə də özündə on minlərlə islam alimi və onlarla islam alimləri birliklərini cəmləşdirən Müsəlman Alimləri Beynəlxalq Birliyi təşkilatının Sədrliyi, Baş katibliyi və üzvləri adından təbrik edirik. Eyni zamanda, mücahid Azərbaycan xalqına, bütün alimlərə, möhtərəm dövlətinizə və rəşadətli Ordunuza salamlarımızı çatdırırıq.
Dünyanın hər yerində islam ümmətinin xidmətində olmaqda davam edən Müsəlman Alimləri Beynəlxalq Birliyi islam ümməti və bəşəriyyətə daha çox xidmət etmək naminə təşkilatımızla bərəkətli ölkəniz arasında əməkdaşlıq və tərəfdaşlığın dəstəklənməsinə ümid edir.
Birliyimiz Azərbaycan Respublikasını dəstəkləyən bəyanat və açıqlamalar vermiş, Azərbaycanın Qarabağı qaytarmaqla bağlı ədalətli haqqını dəstəkləmişdir. Bununla yanaşı, işğal edilmiş bütün ərazilərdən dərhal çəkilmək, Azərbaycanın haqqını etiraf etmək və Azərbaycanın öz torpağı üzərindəki hüquqlarını bərpa etmək üçün danışıqlara başlamaqla bağlı Ermənistana çağırışlar etmişik. Problemin köklü və son həlli, davamlı sülhün və əmin-amanlığın bərqərar olması məhz bundan keçir.
Sonda Uca Allahdan Zati-alinizə müvəffəqiyyətlər və uğurlar arzulayır, sevdiyi və razı qaldığı, əziz xalqınızın və islam ümmətinin xeyrinə olan işlərdə Sizə kömək göstərməsini diləyirik.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!
Hörmətlə,
Dr. Əhməd bin Əbdüssəlam Ər-Raysuni,
Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri,
Dr. Əli Muhyiddin Əl-Qaradaği, Birliyin baş katibi
Qətər Dövləti, Doha şəhəri".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}