Ermənilər Kəlbəcəri tərk edir
BBC nin videoreportajı razılaşmaya iyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. Bununla əlaqədar materiallar verilməsi, razılaşmanın icra olunduğu, torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarıldığını göstərmək lazımdı.
Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi- diplomatik müstəviyə keçirməyə nail oldu.
Bununla yanaşı, BBC nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvəglərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyəi isə yandırır, məhv edirlər.
Prezident İlham Əliyev bu faktı öz müsahibəsində bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi.
Prezident İlham Əliyevin həmin müsahibəsindən:
"Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər.
Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".
Şəffaflıq.az
Facebook-da paylaş